Altay Respublikasında göyərtəsində sərnişinlərin olduğu Mi-8 helikopteri qəzaya uğrayıb.
Teleqraf.com "TASS"- a istinadla xəbər verir ki, Mi-8 -in elektrik xəttinə dəyməsi nəticəsində 6 nəfər həlak olub.
Üç nəfərin vəziyyətinin isə ağır olduğu bildirilir.
Qeyd olunur ki, vertolyotda 13 sərnişin, üç pilot olub.
Hazırda istintaq orqanları hadisə yerindədir.