“Bayden müalicə almaq üçün Krıma gələ bilər. Rusiyada təmiz hava, müasir tibbi avadanlıq və çox yaxşı həkimlər var".

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet deyib.

O hesab edir ki, ABŞ prezidenti Co Bayden müalicə olunmaq üçün yarımadaya gəlməlidir.

Parlamentarinin sözlərinə görə, Amerika prezidentinin aqressivliyi onun xroniki xəstəlikləri ilə bağlıdır: "Bayden Krımda dincəlsə, o, ABŞ-a sülhpərvər düşüncəyə və beynəlxalq siyasətdə adekvat qərarlar qəbul etmək qabiliyyətinə sahib tamamilə fərqli bir insan kimi qayıdacaq".

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden tez-tez kuryoz vəziyyətlərə düşür. Bu yaxınlarda o, Konnektikutda Silah Təhlükəsizliyi Sammitində çıxışını "Tanrı Kraliçanı qorusun" sözləri ilə sona çatdırıb.