Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat qəsəbəsində mikroavtobus aşıb, altı nəfər ölüb, beş nəfər yaralanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, valilik işçilərini və yerli universitetin tələbələrini daşıyan mikroavtobus Midyat-Ömərli magistral yolunda aşıb.

Qəzanın səbəbləri araşdırılır.