İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri arasında Tehranın nüvə proqramı ilə bağlı Vyanada baş tutan danışıqlar nəticəsiz başa çatıb.

Teleqraf.com xəbər verir ki, bunu AEBA rəhbəri Rafael Qrossi məlumat verib.

“Yeni bir şey olmadı”, - Qrossi deyib.

O qeyd edib ki, AEBA nümayəndələri danışıqları davam etdirmək üçün bir neçə həftədən sonra İrana gedəcək.