Yeni Zelandiya Baş naziri Casinda Ardern BMT-nin Ukrayna müharibəsinə cavab verməkdə uğursuz olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı BMT-nin mənəvi cəhətdən iflasa uğradığını deyib.
Ardern Rusiyanın bu qurumun Təhlükəsizlik Şurasındakı mövqeyinə görə BMT-nin Ukrayna müharibəsinə lazımi cavab verə bilmədiyini qeyd edib. Bununla belə vurğulayıb ki, bu kimi qlobal məsələlərin həllində BMT və digər beynəlxalq təşkilatlara müraciət edilməlidir.
O qeyd edib ki, əgər bu beynəlxalq təşkilatlar uğursuz olarsa, onları gücləndirməyin yollarını tapmaq lazımdır.
BMT-də islahatlara çağıran Ardern Ukraynadakı müharibə cinayətlərini araşdırmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə maliyyə ayrılmasını istəyib.