Rusiyanın BMT-dən çıxarılmamasında əsas arqument, onda nüvə silahının olmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsiya deyib.

Onun sözlərinə görə, dünyanın otuz ildir ki, hərəkətlərinə göz yummasının yeganə səbəbi nüvə məsələsi, yaxud Rusiyanın nüvə silahına malik olmasıdır:

“Bu gün həm Vaşinqton, həm London, həm də Parisin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiyanın bu qurumdan çıxarılması barədə danışmağa hazır olmamasının səbəbi budur”.

Kislitsiya həmçinin əlavə edib ki, həmin sistemdə yalnız Vladimir Putin qərar verir, o isə “intihar”a hazır deyil:

“Nüvə silahından, hətta taktiki nüvə silahından istifadə intihar olardı. Mən onun bunu etməyəcəyinə inanan insanlar qrupuna aidəm. Çünki onun “güclü insan” obrazı doğru deyil. Əslində intihar edə bilməyən çox zəif adamdır”.