“ABŞ silahlı qüvvələrindəki Javelin ehtiyatlarının üçdə birinə qədəri artıq istifadə olunub. Bir neçə ay ərzində Pentaqon öz ehtiyatlarını boşaltmadan yenilərini təmin edə bilməyəcək. Vaşinqton artıq Kiyevə təxminən 7 min Javelin göndərib".

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Yazıda qeyd olunur ki, Birləşmiş Ştatların Ukrayna üçün daşına bilən hava hücumundan müdafiə silahları - Javelin və Stinger ehtiyatı tezliklə tükənəcək .

Birləşmiş Ştatlar da Stinger MANPADS ehtiyatının dörddə birini tükəndirib, onların istehsalını bərpa etmək üçün bir ilə qədər vaxt lazım ola bilər.

Bloomberg-in məlumatına görə, ABŞ ordusunda daşına bilən raket sistemlərinin istehsalı Covid-19 pandemiyası, mikroçiplər və müdafiə sənayesində ixtisaslı işçilərin çatışmazlığı üzündən ləngiyib.