Rusiya-Ukrayna müharibəsi 37-ci gününə girdiyi bir vaxtda BMT karvanı hücumların intensivləşdiyi Mariupol şəhərinə daxil ola bilməyib.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada ərzaq, dərman və digər ehtiyacları daşıyan konvoyun Sumi şəhərinə daxil olduğu, lakin mühasirəyə alınan Mariupolun girişinin bağlandığı bildirilib.

BMT rəsmiləri Rusiya və Ukrayna tərəfləri ilə uzun müddət davam edən danışıqlara və bütün səylərə baxmayaraq komandaların şəhərə daxil ola bilməyəcəyini açıqlayıb.

BMT-nin sözçüsü Stefan Dujarrik müharibənin ən qızğın olduğu bölgələr olan Xerson və Çerniqov şəhərlərinə, eləcə də Mariupola daxil ola bilmədiklərini təsdiqləyib.

Bu bölgələrdə minlərlə insanın mühasirədə qaldığını qeyd edən Dujarrik bildirib ki, hər iki tərəflə müharibədən ən çox zərər çəkənlərə humanitar yardımın çatdırılması üçün danışıqları davam etdirir.

Ukrayna baş nazirinin müavini İrina Vereçuk bildirib ki, açılan humanitar dəhlizlər vasitəsilə dünən Mariupoldan 1500-ə yaxın mülki şəxs təxliyə edildiyini bildirib.