“Əgər Fransa Ukrayna hakimiyyətini Donbasın mülki əhalisinə atəş açmamağa inandıra bilsə, bu, yalnız müsbət qarşılana bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Dmitri Polyanski qeyd edib ki, qərb ölkələrinin Ukrayna qoşunlarının Donbası atəşə tutmasına məhəl qoymamaq siyasəti Kiyevi genişmiqyaslı hücuma sövq edə bilər.

“Qərbli həmkarlarımızın Ukraynanın şərqində baş verənlərə göz yummağa çalışdıqlarını, Ukraynanın bu əraziləri atəşə tutmasını əvvəldən inkar etdiklərini nəzərə alsaq, bu əraziləri təxribata cəlb etmək riski çox yüksəkdir”, -diplomat deyib.

Rusiyalı diplomat əlavə edib ki, əgər Fransa Normandiya formatının üzvü kimi Ukraynanın hakim elitasının şüuruna təsir göstərə və onu Minsk razılaşmalarına əməl etməli və Donbasın mülki əhalisinə atəş açmamalı olduğuna inandıra bilsə, onda bu yalnız xoş qarşılana bilər.