Bu gün İtaliyada paytaxt Roma da daxil olmaqla bələdiyyələr və bəzi regional hökumətlərdə qismən yerli seçkilər keçiriləcək.

Teleqraf.com xəbər verir ki, qeydə alınmış təxminən 12 milyon seçicini maraqlandıran seçkilər Roma, Milan, Neapol, Turin, Bolonya və Trieste kimi böyük şəhərlər də daxil olmaqla 1192 bələdiyyə üzrə keçiriləcək.

Bələdiyyə sədri və bələdiyyə üzvlərinin müəyyən olunacağı seçkilərdə səsvermə prosesi iki gün davam edəcək. Seçkilərin keçirildiyi məntəqələrdə heç bir namizəd 50 faizdən çox səs toplaya bilməsə oktyabrın 17-18-də ilk turda ən çox səs toplayan namizəd arasında ikinci tur seçkiləri keçiriləcək. Səsvermə prosesi COVID-19-a qarşı qaydalara riayət edilməklə baş tutacaq.

Seçkilərdə əsas diqqət Romada olacaq. Rəy sorğularına görə, paytaxtda seçkilərin ikinci tura qalacağı gözlənilir.