Tehran yaxınlığında İran İnqilab Keşikçiləri Korpusuna məxsus olan “məxfi raket bazası”nın olduğu binada partlayış törədilib.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İsraildə özəl kəşfiyyat firması çıxış edib.

İddianı əsaslandırmaq üçün peykdən çəkilən fotolar da paylaşılıb.

"İnageSat" İnternational adlı özəl təhlükəsizlik firması bəyan edib ki, Tehranın qərbində “əsrarəngiz partlayış” yaşanıb. Sözügedən partlayışın İran İbqilab Keşikçiləri Korpusuna aid “məxfi raket bazası” yerləşdiyi binada baş verdiyi bildirilib.

Sözügedən binaya aid olduğu iddia olunan 22 sentyabr və 27 sentyabra aid iki foto da paylaşılıb. İkinci fotoda binanın bir qismində böyük dağıntılar olduğu görünür.

İran İbqilab Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada sentyabrın 26-da Tehranın qərbində araşdırma mərkəzində çıxan yanğından yaralanan iki personalın həyatını itirdiyini bildirmişdi.