Çinin şərqində sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Teleqraf.com xəbər verir ki, toqquşma nəticəsində azı 11 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Toqquşma Şenyan - Haykou avtomobil yolunda baş verib. Qəzanın səbəbi məlum deyil.