İraqın şimalındakı Avaşin Basyan bölgəsində aşkarlanan 8 PKK terrorçusu hava zərbələri ilə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Şimali İraqdakı Avaşin Basyan bölgəsində kəşfiyyat və nəzarət bölmələri tərəfindən təsbit edilən 8 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.
Əməliyyatların son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyi bildirilib.