Kobanidə “İraq-Şam İslam Dövləti” terror təşkilatı ilə kürd döyüşçüləri arasında toqquşmalar davam etməkdədir.

Teleqraf.com türkiyə mediasına istinadən xəbər verir ki, bölgədə intihar hücumlarının sayı durmadan artır.

Yayılan məlumatlara görə, şəhərin mərkəzində baş verən son 6 intihar hücumunda 70 kürd öldürülüb.

Hökumət hücumlar nəticəsində həyatını itirənlər üçün matəm elan edib.

Samir