İran məhkəmə sisteminin insan haqları qərargahının katibi Məhəmməd Cavad Laricani tutduğu vəzifədən azad edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə açıqlama verən məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli bildirib ki, Laricanini bu vəzifədə Əli Bağıri Kəni əvəzləyib.

Məhəmməd Cavad Laricani 2004-cü ildən sözügedən vəzifəni tuturdu. İnsan Haqları Qərargahı beynəlxalq təşkilatlarda İranda insan haqlarının pozulması ilə bağlı qaldırılan iddialara cavab vermək üçün yaradılmış rəsmi orqandır.

Əli Bağıri Kəni isə keçmiş prezident Mahmud Əhmədinejadın dövründə bir sıra yüksək postları tutub. Həsən Ruhaninin prezident seçilməsindən sonra “İmam Sadiq” Universitetində dərs deyirdi. Onun qardaşı ölkənin dini lider Əli Xameneyinin kürəkənidir.