BAKI, 24 oktyabr. TELEQRAF
Polşa ABŞ-nin “Nuclear Sharing” nüvə çəkindirmə proqramında iştirak etmək niyyətindədir və bu sahədə Fransa ilə əməkdaşlıq barədə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamş “WNP.pl” nəşrinə müsahibəsində bildirib.
“Nuclear Sharing” proqramında iştirak Fransa ilə Avropa münasibətlərinin qurulmasını istisna etmir”, – Kosinyak-Kamış vurğulayıb.
Onun sözlərinə görə, Polşa nüvə çəkindirmə sistemində iştirakını tədricən genişləndirməyi planlaşdırır. Bununla belə, konkret qərarların qəbulu müttəfiqlərlə razılaşdırılmalıdır.
Nazir bu qərarların nə vaxt qəbul ediləcəyini açıqlamayıb.
Qeyd edək ki, “Nuclear Sharing” proqramı NATO-nun ayrı-ayrı üzv ölkələrinə ABŞ-nin nüvə silahlarından istifadə etməklə nüvə çəkindirmə sistemində iştirak etmək imkanı verir.