BAKI, 24 oktyabr. TELEQRAF
İordaniyanın Karak əyalətindəki pravoslav kilsəsinə silahlı hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin açıqlamasında deyilir: "Hammud rayonundakı Müqəddəs Georgi kilsəsinə edilən terror hücumunda ölənlərin sayı 9 nəfərə çatıb".
Səhiyyə naziri İbrahim əl-Bəddur daha əvvəl xəstəxanalarda daha 27 yaralının qaldığını bildirmişdi. O əlavə etmişdi ki, yaralılardan səkkizi Şahzadə Əli bin Hüseyn Hərbi Xəstəxanasına köçürülüb.
"Əl Mamlaka" televiziyasının məlumatına görə , İordaniya təhlükəsizlik xidmətləri hələlik kilsəyə hücum edən terrorçu dəstəsinin üzvlərini yaxalaya bilməyib. Cinayətkarların axtarışı davam edir. Amman və digər şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.