BAKI, 24 oktyabr. TELEQRAF
Bu gün Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən mitinqlərdə 135 nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes bildirib.
Onun sözlərinə görə, günün əvvəlindən səlahiyyətli orqanlar ictimai yerlərdə 136 nümayiş və etiraz aksiyası qeydə alıblar. Müqayisə üçün qeyd edək ki, ötən şənbə günü eyni vaxtda 264 belə hadisə baş vermişdi. Bugünkü nümayişlərdə iştirak edənlərin sayı təxminən 35 000 nəfər təşkil edib. Bu rəqəm oktyabrın 17-də 60 000 nəfər idi.
Qeyd edək ki, Fransa hakimiyyət orqanları bir həftə əvvəl baş vermiş iğtişaşlar, polislə toqquşmalar və talan halları fonunda təhlükəsizlik tədbirlərini gücləndirib. Böyük şəhərlərə əlavə polis qüvvələri, zirehli texnika və su şırnaqlı maşınlar cəlb olunub. Lionda polis, nümayişlərin qadağan olunduğu ərazidə yolu bağlamağa cəhd edən bir qrup etirazçıya qarşı gözyaşardıcı qazdan istifadə edib.