BAKI, 24 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında IX turunda "Kəpəz" səfərdə "Şəfa" ilə üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Sumqayıtda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sarı-göylər"in qollarını 74-cü dəqiqədə penaltidən Şakir Seyidov, 80-ci dəqiqədə Blessinq Olabiran vurublar. Meydan sahiblərindən 55-ci dəqiqədə Maudo Jarjue fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. "Şəfa" isə 3 xalla 11-cidir.
Qeyd edək ki, günün növbəti matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.