BAKI, 24 oktyabr. TELEQRAF

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində Azərbaycan millisi mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, Famil Xəlilovun kollektivi Şərqi Timor millisi ilə qarşılaşıb.

Komandamız rəqibini 6:0 hesabı ilə məğlub edərək turnirdə inamlı qələbə qazanıb.