BAKI, 24 oktyabr. TELEQRAF

Oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan Maksim Qalkinin konserti ləğv edilib.

Teleqraf xəbər verir ki, buna səbəb komediya ustasının İsrail və Qəzza zolağında davam edən müharibə ilə bağlı mövqeyidir.

Aktivistlər bildiriblər ki, Qalkin bir neçə ildir İsraildə yaşayır, İsrail ordusunun hərəkətlərini açıq şəkildə dəstəkləyir və Qəzza zolağında baş verən humanitar fəlakətə haqq qazandırmağa çalışır.

Konsertin ləğv edilməsi tələbi ilə vətəndaşlar Türkiyənin Daxili İşlər və Mədəniyyət nazirliklərinə, eləcə də İstanbulun yerli hakimiyyət orqanlarına müraciətlər ediblər.

Yerli sakinlər də məsələyə etirazlarını bildiriblər. Onlar konsertin kim tərəfindən təşkil edildiyini və Qalkinin Türkiyədə çıxış etmək üçün hansı əsaslarla dəvət olunduğunu sorğulayıblar.

Qeyd edək ki, konsertin ləğv edilməsi ilə bağlı tələblər aktivistlərin mövqeyini əks etdirir. Konsertin taleyi ilə bağlı rəsmi qərar barədə məlumat verilməyib.

Konsertin biletlərinin təxminən yarısı satılmışdı.

2022-ci ildə Qalkin həyat yoldaşı Alla Puqaçova ilə birlikdə Rusiyanı tərk edib.