BAKI, 24 oktyabr. TELEQRAF
Bakıda keçirilən FIFA U15 Dünya çempionatının və Festivalının açılış mərasimi baş tutub.
Teleqraf-ın məlumatına görə,
açılışda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, FIFA prezidenti Canni İnfantino, AFFA prezidenti Rövşən Nəcəf və turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov iştirak ediblər.
Açılış mərasimində Samir Şərifov və FIFA prezidenti İnfantino çıxış ediblər.
Tədbirin bədii hissəsi başa çatdıqdan sonra Azərbaycan - Şərqi Timor görüşü start götürüb.
Qeyd edək ki, Dünya çempionatında Azərbaycan Famil Xəlilovun başçılıq etdiyi U-16 yığması ilə təmsil olunacaq. Millimiz “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Komandamız ilk oyununu bu gün saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.