3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
Teleqraf xəbər verir ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.
Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
-48 kq
Nərgiz Əhmədova
Gülgəz Musayeva
-52 kq
Aysun Məmmədova
-57 kq
Aytən Verdiyeva
Xədicə Qədəşova
Oğlanlar
-60 kq
Ayxan Mirzəzadə
-66 kq
Məhəmməd Musayev
-73 kq
Əbil Yusubov
-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov
-90 kq
Aslan Kotsoyev
Süleyman Şükürov
-100 kq
Davud Namazlı
+100 kq
Ramazan Əhmədov