ABŞ Qida və Dərman Administrasiyası (FDA) Medline şirkətinin istehsal etdiyi keyfiyyətsiz ortopedik çarpayı və döşəklərlə əlaqədar 7 nəfərin öldüyünü, 35 nəfərin isə ağır xəsarət aldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə FDA-nın mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, Medline şirkəti yeddi ölüm və 35 ciddi xəsarət hadisəsi barədə məlumat alıb.
Məhsullar yanğın təhlükəsi və insanların çarpayının konstruksiyasında sıxılıb qalması riski səbəbindən təhlükəli hesab edilib. Ölüm və xəsarət hallarının da bu risklərlə əlaqəli olduğu bildirilib.
Bununla əlaqədar Medline markalı döşəklər, çarpayılar və aksesuarlar satışdan geri çağırılıb, onların istehsalı dayandırılıb.