BAKI, 22 oktyabr. TELEQRAF
Bu gün Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Batumidə özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərin gündəliyi müzakirə olunub. Gürcüstan-Özbəkistan ticarət-iqtisadi əlaqələrinin gücləndirilməsinə və Orta Dəhlizin inkişafında əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Özbəkistan xarici işlər nazirinin oktyabrın 23-də Batumidə keçiriləcək Gürcüstan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi bildirilib.
Tərəflər, həmçinin regional və qlobal səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.