BAKI, 2 iyul. TELEQRAF
Ermənistan Müdafiə Nazirliyində (MN) yeni təyinatlar olub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Müdafiə naziri Suren Papikyanın əmri ilə general-mayor Albert Bağdadyan müdafiə nazirinin müşaviri və general-mayor Armen Gözəlyan MN-ın Hərbi Nəzarət Xidmətinin rəis müavini təyin edilib.