BAKI, 3 iyun. TELEQRAF
Yaxın günlərdə Ermənistanda səs-küylü hadisələr baş verəcək.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
“Hakimiyyətə yaxın mənbələrin bildirdiyinə görə, yaxın günlərdə gözlənilməz həbslər və səs-küylü ifşalar olacaq. Bunlar Rusiyanın Ermənistana tətbiq etdiyi məhdudiyyətlərlə bağlı narahatedici məlumatları kölgədə qoyacaq.
Baş nazir Nikol Paşinyan komanda üzvlərinə belə deyib: “Narahat olmayın, hamısına (radikal müxalifətə) yerini göstərəcəyik”, - nəşr yazıb.