BAKI, 2 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 1-də Rusiya Prezidenti Vladimir Putinlə baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, hökumət başçısı Rusiya lideri ilə söhbətini müsbət qiymətləndirib.

"Dünən mən Rusiya Prezidenti ilə danışdım, zəng etdiyi üçün ona təşəkkür etdim. O, məni ad günüm münasibətilə təbrik etmək üçün zəng vurmuşdu. Cari işlər barədə danışdıq və müsbət söhbətimiz alındı. Hesab edirəm ki, hazırkı kontekstdə ən yaxşı addım hər növ məhdudiyyətlərdən və digər bu kimi hallardan imtina etmək olardı", - N. Paşinyan vurğulayıb.