BAKI, 1 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvada işgüzar səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədə Paşinyan özünün Teleqram kanalında məlumat verib.
Ermənistan hökumətinin mətbuat xidməti bundan əvvəl baş nazirin aprelin 1-də Rusiyaya işgüzar səfəri barədə məlumat vermişdi.
Liderlər ikitərəfli məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.