BAKI, 9 mart. TELEQRAF

Fevralda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan nümayəndələri ilə keçirilən görüşə təxminən 14,5 milyon dram xərclənib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından yerli KİV-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 13-14 fevral tarixlərində Azərbaycanla birlikdə həyata keçirilən “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində baş tutan tədbir dövlət vəsaiti hesabına maliyyələşdirilib. Ümumi xərclər təxminən 14 469 000 dram (təxminən 38 000 dollar) təşkil edib.

Xatırladaq ki, 13-14 fevral tarixlərində Ermənistanda iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin dəyirmi masası keçirilib.