BAKI, 4 mart. TELEQRAF
“Dövlətimizin taleyindən narahatıq və ölkəmizin yenidən onilliklər boyu xalqı qaniçənlər kimi talamış, yüz milyonlarla dollar sərvət toplamış, insanları yoxsullaşdırmış, onları köçə məcbur etmiş və Ermənistanı boşaltmış adamların əlinə keçməsinə imkan verməyəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
Hakim komandanın üzvü baş verənlərə görə sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı ittiham edib.
“Ermənistanın ilk üç prezidenti dövründə ölkədən bir milyon insan birdəfəlik gedib. Biz həmin dairələrin hakimiyyətə qayıtmasına imkan verməyəcəyik”, - Koncoryan əlavə edib.
“Necə imkan verməyəcəksiniz” sualına cavab olaraq o bildirib ki, demokratik yol ilə irəliləyərək və parlament seçkilərində xalqla birlikdə qələbə qazanaraq buna nail olacaqlar.
“Vətəndaş Müqaviləsi”nin qələbəsi Ermənistan xalqının qələbəsidir və bu qələbə iyunun 7-də olacaq”.