BAKI, 9 fevral. TELEQRAF

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizi təkcə LGBT şəbəkəsindən yox, həm də satanistlərdən xilas edib”.

Teleqraf xəbər verir ki, bunu amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədləri şərh edən erməniəsilli türkiyəli yazıçı Sevan Nişanyanın oğlu Arsen Nişanyan deyib.

Nişanyan Epşteyn fayllarında Türkiyə liderinin adının nifrətlə çəkildiyini bildirib:

“Bunlardan kimlərin adları daha təmiz çıxdı? Bu satanist şəbəkə ilə mübarizə aparan və onu dağıtmağa çalışan bəzi dövlət başçıları var imiş. Məlum olur ki, bəzi dövlət başçıları bizi təkcə LGBT şəbəkəsindən yox, həm də satanistlərdən xilas ediblər. Beş nəfərdən danışırlar, onlardan biri Rəcəb Tayyib Ərdoğandır.

Bu insanlar Ərdoğandan nifrət edirlər. Həqiqətən də, sanki vampiri gün işığına çıxarmış kimi ona qarşı reaksiya verirlər. Daim Ərdoğanın arxasınca sui-qəsdlər qururlar.

Daim Ərdoğanı arxa planda izləyirlər. Türkiyəni idarə edənlərin bu şəbəkədən nə dərəcədə xəbərdar olduqlarını bilmirəm, amma mənə elə gəlir ki, müəyyən qədər məlumatlı olublar.

Əgər Türkiyəni idarə edənlər əxlaqi baxımdan zəif olsaydılar, bu tələlərə düşərdilər. Ərdoğan yox, başqa biri olsaydı, bu tələyə olmasa da, oxşar başqa tələyə düşərdi”.