BAKI, 4 fevral. TELEQRAF
Türkiyə parlamentinin erməniəsilli keçmiş üzvü Qaro Paylan Ermənistan-Türkiyə sərhədinin mart ayında açılacağını iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Mart ayında Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları üçün açılması gözlənilir. Azərbaycan-Ermənistan sülh prosesinin dayanıqlılığı böyük ölçüdə gələcəkdə Türkiyənin atacağı addımlardan asılıdır”, - Paylan iddia edib.