BAKI, 26 yanvar. TELEQRAF
“Qarşıdakı parlament seçkilərdən danışarkən, müxalif həmkarlarımız və media qurumları iddia edirlər ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının reytinqi yoxdur, guya seçkilərdə uduzacaq. Eyni zamanda, bizimlə debatdan və ya öz efirlərinə qonaq dəvət etməkdən qaçırlar”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkədə yazıb.
“Bunun əvəzinə sürücüləri və ya qapılarını açıb-bağlayanları nazir və ya deputatlarla mübahisəyə göndərirlər, mənasız bəhanələr uydururlar. Yaxşı, bizdən nə qədər qaçacaqsınız?
Heç bir mitinq təşkil edə, heç bir ideyanı irəli apara, bizimlə mübahisə edə, sözlərinizi ifadə edə bilmirsiniz. Bizim üçün də çətindir, nə qədər belə davam edəcək, daha nə qədər siyasi cəhətdən öləcəksiniz?”, - spiker vurğulayıb.