BAKI, 23 yanvar. TELEQRAF
Ermənistanın Bazarlara Nəzarət Təftiş Agentliyinin rəhbəri Armen Kotolyan Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı ekspertiza aparıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, Milli Standartlaşdırma və Keyfiyyət Agentliyinin ekspertiza apardığını və benzinin keyfiyyəti ilə bağlı müsbət rəy verdiyini bildirib.
“Milli Standartlaşdırma və Keyfiyyət Agentliyi bizə məlumat verib ki, yoxlama nümunələri götürülüb, laboratoriya sınaqları aparılıb və partiya müvafiq texniki standartlara tam uyğundur. Keyfiyyət baxımından heç bir problem olmayıb”, - o qeyd edib.