BAKI, 23 yanvar. TELEQRAF

“Ermənistanda vəziyyət yaxınlaşan parlament seçkiləri və siyasi mənzərənin dəyişməsi fonunda hakimiyyətin siyasi rəqiblərlə mübarizəsi səbəbindən tədricən gərginləşək”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Krutikov Ermənistan KİV-ə deyib.

“Seçkiqabağı dövrdə yeni siyasi qüvvə və partiyaların meydana çıxması mümkündür. Bu, mütləq seçkilər üçün olmaya da bilər. Bunlar yeni, uzunmüddətli siyasi qüvvələr ola bilər. Əminəm ki, Ermənistan Baş naziri Nikol Paşinyan seçkilər ərəfəsində özünün təmizlədiyi siyasi meydanda yeni oyunçuları görməyə hazır deyil. Düşünürəm ki, yeni siyasi qüvvələrin yaradılmasına qarşı cəhdlər olacaq, məsələn, Samvel Karapetyan ətrafında. İndi də məhz bu baş verir”, - ekspert bildirib.

Krutikovun fikrincə, Ermənistan hakimiyyəti siyasi meydanda bu cür dəyişikliklərə kəskin və sərt reaksiya verəcək.

Rusiyalı politoloq İrəvanın qərbyönlü kursunun doğurduğu risklərə də diqqət çəkib:

“Avropa İttifaqının perspektivlərinə gəlincə, bu, acınacaqlı görünür. Ora can atmaq qəribə görünür. Paşinyan və “biz Avropa İttifaqına daxil olarıq, bəlkə sonra NATO-ya da qəbul edərlər” deyə düşünən başqalarının mövqeyinə gəlincə, məncə, hələ bir az gözləmək lazımdır və ya heç olmasa, arzuları bir qədər azaltmaq gərəkdir, yoxsa Tanrı qorusun, birdən gerçəkləşər. Orada isə hər şey soyuq və rütubətlidir”.