BAKI, 14 yanvar. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin müəyyən hissələrində bir neçə körpünün inşa olunma ehtimalından danışıb.
Teleqraf xəbər verir ki, bunu o, ABŞ və Avropa İttifaqı ölkələri səfirlərinin iştirak etdiyi konfransda deyib.
Regional kommunikasiya və sərhədlərin açılması kontekstində baş nazir qeyd edib ki, Armavir vilayətindəki Marqara və Şirak vilayətindəki Axurik sərhəd-keçid məntəqələri yaxınlığında isə başqa bir körpü inşa oluna bilər:
“Həmçinin göstərilən ərazilərdə və Yerasxda (Naxçıvan sərhədi) gömrük-sərhəd terminallarının tikilməsi lazım gələcək”.
Paşinyan İcevan-Qazax (Azərbaycanla sərhədin şimal-şərq hissəsi) istiqamətində infrastruktur layihələrinin reallaşdırılmasının mümkünlüyünü də istisna etməyib.