BAKI, 14 yanvar. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birlikdə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin icra çərçivəsini açıqladıq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio sosial media hesabında paylaşım edib.

M. Rubio bildirib ki, bu çərçivə ABŞ Prezidenti Donald Trampın beş ay əvvəl Ermənistan və Azərbaycan arasında keçirilmiş tarixi sülh sammitində verilmiş öhdəliklərə əsaslanır.

"TRIPP layihəsi Cənubi Qafqazın ticarət, tranzit və enerji potensialını açacaq, bu da region üzrə rifahı və təhlükəsizliyi gücləndirəcək", - o qeyd edib.