BAKI, 14 yanvar. TELEQRAF
Ermənistan "Tramp Marşrutu" layihəsini 49 il müddətinə ABŞ-yə icarəyə verməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan "TRIPP Development Company" şirkətinin yaradılmasına icazə vermək və bu prosesi dəstəkləmək niyyətindədir.
Sənədə əsasən, şirkət TRIPP layihəsinin inkişafına cavabdeh olacaq və ona 49 il müddətinə tikinti hüququ veriləcək. Ermənistan ABŞ-yə "TRIPP Development Company"də 74 faiz pay təklif etməyi, özündə isə 26 faiz pay saxlamağı planlaşdırır.
Qeyd edilib ki, bu əməkdaşlığın daha 50 il müddətinə uzadılması gözlənilir. Bu halda Ermənistan hökumətinə əlavə mülkiyyət hüquqları veriləcək və ölkənin layihədəki payı 49 faizə çatdırılacaq.