BAKI, 13 yanvar. TELEQRAF
Ermənistan hökuməti tezliklə Rusiya sərhədçilərini Türkiyə sərhədindəki keçid məntəqəsindən geri çəkməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri diplomatik mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilib ki, Axurik keçid məntəqəsinin köçürülməsi barədə qərar artıq verilib, hətta bayraq dirəyi də quraşdırılıb. Hazırda Türkiyəyə aparan dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
Türkiyə tərəfinin də artıq öz tərəfindəki keçid məntəqəsi yaxınlığında tikinti işlərinə başladığı bildirilir.
Ermənistan mediasına görə, bütün bunlar iki ölkədə yaxın gələcəkdə sərhədi açmaq üçün ciddi niyyətin olduğunu göstərir.