BAKI, 8 dekabr. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qaregin həm cəmiyyət arasında, həm də kilsə daxilində legitimliyini itirib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Alxas Qazaryan bildirib.

“Bundan öncə dediyim hələ də aktualdır: yepiskoposlar toplantısı və Ali Ruhani Şuranın iclaslarının pozulması bir daha təsdiqləyir ki, katolikos artıq kilsə daxilində də legitimliyini itirib”, - hakim komandanın üzvü vurğulayıb.