BAKI, 28 noyabr. TELEQRAF
“Faktiki olaraq, Ermənistandakı bütün siyasi qüvvələr kilsə islahatı gündəliyinin üstünlüyünü qəbul ediblər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqavilə”si fraksiyasının üzvü Vaaqn Aleksanyan deyib.
Hakim faksiyanın deputatı erməni kilsəsində ciddi problemlərin olduğunu bildirib:
“Ermənistandakı bütün siyasi qüvvələr kilsə islahatının gündəliyinin üstünlüyünü qəbul ediblər, istisnasız olaraq bütün siyasi qüvvələr. Müxalifət mətbuatına baxın, müxalifətçilərin səhifələrinə baxın, hamısı bir nəfər kimi söyləyir ki, yepiskop iyerarxiyasında bu problem var, o problem var. Bu yepiskop belədir, o yepiskop elədir. Yazılanları oxuyanda kilsədə biabırçı vəziyyətin olduğu üzə çıxır”.
Vaaqn Aleksanyan əlavə edib ki, müxalifətin kilsədə islahat gündəliyinə qoşulmasını alqışlayır.