BAKI, 28 noyabr. TELEQRAF

“3+3 formatında növbəti görüşün vaxtı və yeri hələ müəyyənləşməyib”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən yerli KİV-ə bildirilib.

Qeyd edilib ki, iclasın təşkili bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün Bakı və ya İrəvanda keçirilməsi variantlarını nəzərdən keçirir.

Ermənistan XİN xatırladıb ki, platformasının iştirakçıları əvvəlki görüşdə növbəti iki görüşün İrəvan və Bakıda keçirilməsinin vacibliyi ilə bağlı qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəliblər.

“Bu sahədə konstruktiv müzakirələr davam edir”, - XİN qeyd edib.