BAKI, 18 noyabr. TELEQRAF
“Gürcüstanda vətəndaş cəmiyyətinə dəstək vermək çətindir, çünki hökumət kimlərə maliyyə verildiyini çox diqqətlə izləyir”.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa İttifaqının Genişlənmə Forumunda Gürcüstanla bağlı suala cavab olaraq deyib.
Komissarın sözlərinə görə, Aİ-yə namizəd ölkələrin vətəndaş cəmiyyətinin nümayəndələri ilə keçirilən görüşdə Gürcüstandan da nümayəndə iştirak edib.
“Gürcüstanda vətəndaş cəmiyyətinə dəstək məsələsinə gəlincə, bu, hazırda çətindir, çünki hökumət çox diqqətlə izləyir ki, biz pulu kimə veririk. Amma maliyyə yardımı ikiqat artırılıb, daha da artacaq. Hazırda elə yollar axtarırıq ki, onlara maliyyəni zərər görmədən ötürə bilək. Məsələn, ötən həftə namizəd ölkələrin vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoqum oldu, orada Gürcüstanın nümayəndəsi də iştirak edirdi”, - Marta Kos bildirib.