BAKI, 13 noyabr. TELEQRAF
Noyabrın 13-də Ermənistan Milli Məclisi dördgünlük parlament sessiyasının işini davam etdirmək üçün ikinci cəhddə kvorumu təmin edə bilib.
Teleqraf xəbər verir ki, hazırda 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir.
Müdafiə sektoru, eləcə də hüquq-mühafizə və təhlükəsizlik orqanlarına xərclər müzakirə olunur.
Baş nazir Nikol Paşinyan və nazirlər iclasda iştirak edir.
***
10:33
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvlərinin iştirak etməməsi səbəbindən Ermənistan Milli Məclisi dövlət büdcəsini müzakirə etmək üçün kvorumu təmin edə bilməyib.
Teleqraf xəbər verir ki, bu gün saat 10:00-da Ermənistan Milli Məclisinin iclası başlamalı idi.
Gündəliyə 2026-cı il dövlət büdcəsinin layihəsi daxil olunmuşdu və iclasa qatılmaq üçün Baş nazir Nikol Paşinyanla birlikdə nazirlər də gəlmişdilər.
Ermənistan hökumətinin başçısı artıq parlament zalında idi, amma hakim fraksiyanın bir çox üzvü iclasa gəlmədiyi üçün kvorum təmin olunmayıb və iclas başlaya bilməyib.
Nəticədə Nikol Paşinyan zalı tərk etməyə məcbur olub.