BAKI, 18 oktyabr. TELEQRAF

“Tarixi Ermənistan” bizə deyir: əlinizdə olan dövləti, yəni Ermənistan Respublikasını “tarixi Ermənistan”ın bir hissəsinə çevirməyin”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Tariximiz bizə hansı dərsi verir? Tariximiz bizə deyir: məni təkrarlamayın. Bunu etməmək üçün tariximizi oxumalıyıq, öyrənməliyik və dərindən mənimsəməliyik. Gəlin etiraf edək ki, tariximiz haqqında çox danışırıq, amma onu çox oxumur və dərindən mənimsəmirik.

“Tarixi Ermənistan” bizə deyir: əlinizdəki dövləti, yəni Ermənistan Respublikasını “tarixi Ermənistan”ın bir hissəsinə çevirməyin. Buna görə də Real Ermənistan ideologiyası və Dördüncü Respublika ideyası Ermənistan xalqının tarixi və “tarixi Ermənistan”ın mesajlarını dərindən mənimsəməkdən qaynaqlanır”, - baş nazir vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan “tarixi Ermənistan” dedikdə ermənilərin Azərbaycan, Türkiyə və digər qonşu ölkələrə ərazi iddialarına, həmçinin ermənilərin Osmanlı və Rusiya imperiyaları dönəminə eyham vurur. Burada söhbət həm də ermənilərin tarixdə mövcud olmayan - xəyali dövlətlərindən söhbət gedir. Onun “Real Ermənistan” konsepsiyası isə hazırkı sərhədlər daxilində olan ölkəyə əsaslanır.