BAKI, 17 oktyabr. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan katolikos II Qaregini devirmək planında uğur qazana bilər”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik-Şahnazaryan deyib.

“Son iki gündə baş verən hadisələrdən sonra artıq əmin olmağa başlamışam, təəssüf ki, Nikol kilsəyə qarşı bu mübarizədə uğur qazana bilər. Üstəlik, qarşısına qoyduğu məsələlərin yarısını artıq həll edib. Digər yarısını həll etmək üçün kifayət qədər vaxtı var, tələsməyəcək, yavaş-yavaş, amma ardıcıl işləyəcək. Kilsəyə qarşı kampaniyanın ssenarisi əvvəlcədən hazırlanıb və davamlı şəkildə həyata keçirilir”, - ekspert qeyd edib.