BAKI, 16 oktyabr. TELEQRAF
Ermənistan Vardan Hovakimyanı Avropa İttifaqı və Belçikadakı müdafiə attaşesi təyin edib.
Teleqraf xəbər verir ki, Baş nazir Nikol Paşinyanın sərəncamı ilə Hovakimyan 2027-ci ilin avqust ayına kimi bu vəzifədə olacaq.
Vardan Hovakimyan həm də Ermənistanın NATO-dakı hərbi attaşesidir.
Qeyd edək ki, Ermənistan bundan əvvəl Fransaya hərbi attaşe təyin etmişdi. Bu vəzifə Artur Aznavuryana həvalə olunub.