BAKI, 16 oktyabr. TELEQRAF
Ermənistanın Araqatsotn yeparxiyasının kanserliyinin rəhbəri Qaregin Arsenyan bir ay müddətinə həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Ara Zohrabyan bildirib.
İrəvan Yurisdiksiya Məhkəməsi Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyan barəsində də həbs qərarı verib.
Qeyd edək ki, oktyabrın 15-də Ermənistan Apostol Kilsəsi hüquq-mühafizə orqanları tərəfindən 13 din xadimi, o cümlədən Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyanın saxlanıldığını açıqlamışdı. Din adamlarına qarşı açılan cinayət işi mitinqlərdə iştirak etməyə məcburetmə ittihamı ilə bağlıdır.