BAKI, 7 oktyabr. TELEQRAF

Hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyan “Atom” elektrik avtomobili layihəsindəki payını sataraq Rusiyanın avtomobil sənayesini tamamilə tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Qeyd olunur ki, onun “Vosxod” MMC-dəki 25%-lik payı birbaşa həmin şirkətin özünə ötürülüb.

Hazırda “Vosxod” şirkətinin həmsahibləri “KamAZ”ın baş direktoru Sergey Kogogin (37,5%) və “Spektr” MMC (37,5%) hesab olunur.

2024-cü ilin payızında Vardanyan həmçinin “KamAZ”ın da həmsahibi olmaqdan çıxıb.

Xatırladaq ki, Ermənistan vətəndaşı Ruben Vardanyan xalqımıza qarşı çoxsaylı müharibə və hərbi cinayətlərdə təqsirləndirilir.